Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tehran Vaşinqtonu ittiham etdi: “Memorandumu pozan tərəf ABŞ-dır”
Tehran Vaşinqtonu ittiham etdi: “Memorandumu pozan tərəf ABŞ-dır”

İran ABŞ-la imzalanmış memorandumu heç vaxt pozmayıb və razılaşmaların yerinə yetirilməməsinə görə məsuliyyət Vaşinqtonun üzərinə düşür.

Bizimyol.info xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqayi bildirib.

Onun sözlərinə görə, Tehran bütün danışıqlarda öhdəliklərinə ciddi və məsuliyyətli yanaşıb.

“İran heç vaxt öhdəlikləri pozan tərəf olmayıb. Fəxrlə deyə bilərik ki, İran İslam Respublikası bütün danışıqlarda diqqətli və ciddi mövqe nümayiş etdirib. Razılaşmaları davamlı şəkildə pozan tərəf ABŞ olub”, — deyə Bəqayi qeyd edib.

İran rəsmisi bildirib ki, ABŞ üzərinə götürdüyü öhdəlikləri yerinə yetirənədək Tehran da memorandum üzrə öhdəliklərini dayandıracaq.

“Biz əvvəldən “öhdəlik müqabilində öhdəlik” prinsipini vurğulamışıq. Əgər digər tərəf öz öhdəliklərinə əməl edərsə, biz də öz öhdəliklərimizi yerinə yetirəcəyik. Lakin qarşı tərəf razılaşmaları pozmağa davam edərsə, İran da üzərinə götürdüyü öhdəlikləri icra etməkdən çəkinəcək”, — deyə XİN sözçüsü vurğulayıb.

Tehran bu mövqeyi ilə ABŞ-dan razılaşmalar üzrə öhdəliklərini yerinə yetirməsini tələb etdiyini nümayiş etdirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »