Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İyulun 14-nə olan hava proqnozu
İyulun 14-nə olan hava proqnozu

İyulun 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Bizimyol.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 34-39° isti, dağlarda gecə 14-18° isti, gündüz 24-29° isti olacaq.

Son xəbərlər
Bütün xəbərlər »