Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib ki, Avropa İttifaqının bu həftə Rusiyaya qarşı 21-ci sanksiyalar paketi ilə bağlı razılığa gələcəyinə ümid edir.
Bizimyol.info xəbər verir ki, o, bu barədə Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşünə qatılmaq üçün gələn zaman jurnalistlərə açıqlamasında deyib.
"Bu həftə 21-ci sanksiyalar paketi, xüsusilə də Rusiya neftinə tətbiq edilən qiymət tavanı ilə bağlı razılığın əldə olunacağını gözləyirəm", - deyə bildirib.
Xatırladaq ki, iyulun 13-də Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirmişdi ki, Avropa İttifaqına üzv 27 ölkənin səfirləri Brüsseldə keçiriləcək xarici işlər nazirlərinin görüşü ərəfəsində Rusiyaya qarşı 21-ci sanksiyalar paketini razılaşdıra bilməyiblər.
Bizimyol.info






