Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıdan Avropaya böyük diplomatik gediş – Portuqaliya ilə münasibətlərdə yeni mərhələ
Bakıdan Avropaya böyük diplomatik gediş – Portuqaliya ilə münasibətlərdə yeni mərhələ

“Portuqaliya Respublikası Avropa İttifaqının və NATO-nun üzvü kimi Avropanın mühüm siyasi, iqtisadi və humanitar mərkəzlərindən biridir. Azərbaycan ilə Portuqaliya arasında münasibətlər qarşılıqlı hörmət və dostluq prinsipləri üzərində qurulub və indiki əməkdaşlıq potensialı əlaqələrin daha da dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Samir Vəliyev danışıb.

O deyib ki, Lissabon şəhərində Azərbaycan Respublikasının səfirliyinin təsis edilməsi siyasi dialoqun intensivləşməsinə, iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə, investisiya, enerji, turizm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verəcəkdir.

“Bununla yanaşı, Səfirliyin fəaliyyətə başlaması parlament diplomatiyasının inkişafına da əlavə impuls verəcəkdir. Xüsusilə, Azərbaycan Respublikası Milli Məclisi ilə Portuqaliya Respublikası Assambleyası arasında əlaqələrin genişləndirilməsi, parlamentlərarası əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi və gələcəkdə Portuqaliya parlamentində Azərbaycanla parlamentlərarası dostluq qrupunun yaradılması istiqamətində mühüm təkan rolunu oynaya bilər”-deyə deputat bildirib.

O vurğulayıb ki, belə bir dostluq qrupunun formalaşdırılması qanunverici orqanlar arasında birbaşa dialoqun güclənməsinə, qarşılıqlı səfərlərin, təcrübə mübadiləsinin və beynəlxalq platformalarda əməkdaşlığın genişlənməsinə xidmət edəcəkdir. Eyni zamanda, Azərbaycanın regionda yaratdığı yeni reallıqların, ölkəmizin sülh gündəliyinin və milli maraqlarının Portuqaliya parlamentində daha dolğun şəkildə təqdim olunmasına əlavə imkanlar açacaqdır.

“Səfirliyin təsis edilməsi Portuqaliyada yaşayan Azərbaycan vətəndaşlarının hüquq və mənafelərinin qorunmasına, onlara göstərilən konsulluq xidmətlərinin daha operativ və səmərəli təşkilinə də mühüm töhfə verəcəkdir”-deyən deputat hesab edir ki, müasir dövrdə diplomatik nümayəndəliklər yalnız siyasi münasibətlərin deyil, həm də iqtisadi diplomatiyanın, humanitar əməkdaşlığın və parlament diplomatiyasının mühüm alətlərindən birinə çevrilib. Bu baxımdan, Lissabon şəhərində Azərbaycan Respublikasının səfirliyinin təsis olunması ölkəmizin Avropa istiqamətində diplomatik mövqelərinin daha da gücləndirilməsi və ikitərəfli münasibətlərin yeni məzmunla zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »