Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya-Ermənistan münasibətləri: iqtisadi təzyiqdən strateji mesajlara
Rusiya-Ermənistan münasibətləri: iqtisadi təzyiqdən strateji mesajlara

Ermənistanda keçirilən son parlament seçkilərinin nəticələri tam rəsmi elan olunmasa da, prosesin özü Rusiya–Ermənistan münasibətlərində gərginliyin artacağını əvvəlcədən proqnozlaşdırmağa əsas verirdi.

Artıq bu gərginliyin hansı səviyyədə davam edəcəyi və hansı istiqamət alacağı açıq şəkildə müşahidə olunur.

Rusiya tərəfi ilkin mərhələdə Ermənistandan ixrac olunan bəzi mallara məhdudiyyətlər tətbiq etməyə başladı.

Ardınca Avrasiya İqtisadi İttifaqı çərçivəsində Ermənistanın mövqeyinin yenidən qiymətləndirilməsi və bu ölkəyə güzəştli şərtlərlə satılan enerji resurslarının qiymətlərinə baxılması kimi mesajlar verildi.

Bu addımlar təsadüfi deyil və Ermənistanın siyasi kursuna təsir göstərmək cəhdi kimi qiymətləndirilir.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Xəyal Bəşirov danışıb.

O deyib ki, Moskva seçkilər fonunda proseslərə təsir göstərməyə çalışsa da, ciddi nəticə əldə etmədiyi görünür.

Bu səbəbdən hazırkı mərhələdə Ermənistanın Qərbyönümlü siyasi xəttinin Nikol Paşinyan hökuməti üçün əsas istiqamət olaraq qalacağı ehtimal edilir. Buna paralel olaraq Rusiya da regiondakı mövqelərini qorumaq üçün daha sərt reaksiya verməyə hazır görünür.

“Rusiya Cənubi Qafqazda öz təsir imkanlarını itirmək niyyətində deyil. Bu kontekstdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində Ermənistanın fəaliyyəti ilə bağlı tənqidlər də Moskvanın gələcək addımlarına işarə kimi dəyərləndirilir. Xüsusilə KTMT məsələsinin gündəmə gətirilməsi təsadüfi deyil, bunun arxasında sonradan atılacaq addımlara işarə var. Yəni Ermənistan seçimini edirsə, Rusiya buna səssizlik nümayiş etdirməyəcək.

Errmənistanın seçimi isə bəllidir. Artıq Avropayönümlü siyasəti açıq şəkildə yürütməyə çalışırlar.

KTMT üzərindən ilk hmləyə keçməsinin də əsas səbəbi odur ki, Ermənistan ərazisində Rusiyanın hərbi bazası var. Ermənistan sərhədlrinin bir hissəsini ruslar qoruyur. Ermənistanın enerji təhlükəsizliyini, siyasi-iqtisadi təhlükəsizliyini ə təmin edən hələ ki Rusiyadır. Bu baza vastəsilə ilə Ermənistan hakimiyyətinə təsir etmək üçün öncə Rusiyanın da aid olduğu və Rusiyanın nəzarətində olan KTMT ilə Ermənistanın münasibətlərinə aydınlıq gətirmək lazımdır” - deyən politoloq hesab edir ki, KTMT üzv ola-ola Ermənistana hər hansı bir təhdid yaratmaq, təbii ki, təşkilatın nizamnaməsinə ziddir.

Eyni zamanda Təşkilata üzv olan başqa dövlətlərin də xoşagəlməz münasibətinə səbəb ola bilər.

“Bu mesajlar Ermənistan hakimiyyətinə ünvanlanmış siyasi siqnallar kimi qiymətləndirilir. Ermənistanın Qərbyönümlü siyasətini davam etdirməsi halında Rusiya ilə münasibətlərin daha da soyuması qaçılmaz görünür” - deyə politoloq bildirib.

Onun fikrincə, Rusiya Ermənistana təsir etmək üçün bu rıçaqlarından istifadə etməyə çalışacaq.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »