Belarus Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Ukrayna və İran ətrafındakı münaqişələr 2026-cı ildə sona çata bilər.
Bizimyol.info xəbər verir ki, Belarus lideri bu fikri Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalına müsahibəsində səsləndirib.
Lukaşenkoya bu münaqişələrdə sülhə nail olmaq ümidi ilə bağlı sual ünvanlanıb. O bildirib ki, dünyadakı gərginliyin əsas səbəbi insan faktorudur.
“Hazırda dünya məhz insan amilinə görə çox narahat vəziyyətdədir. Bu müharibələri bizə Tanrı bəxş etməyib. Biz özümüz bu vəziyyətə gəlib çıxmışıq. Buna görə də bu müharibələrin necə dayandırılması barədə düşünməliyik”, — deyə Belarus prezidenti qeyd edib.
Lukaşenko əlavə edib ki, həm regionda, həm də Yaxın Şərqdə davam edən münaqişələri dayandırmaq üçün indi əvvəlkindən daha böyük imkan mövcuddur.
Bizimyol.info






