Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

Bakcell mədəniyyət və incəsənətin inkişafına yönəlmiş təşəbbüslərə dəstəyini davam etdirir. Şirkət dünya klassik musiqisinin seçilmiş nümunələrini bir araya gətirən “Signature Gala Night” tədbirinə tərəfdaşlıq edib.

Tədbirdə ispan səhnəsinin tanınmış ifaçısı Angeles Toledano, məşhur “The Magic of Sanremo” layihəsinin iştirakçıları, virtuoz gitaraçı Benito Bernal, Azərbaycanın xalq artisti Samir Cəfərov, əməkdar artist Ramil Qasımov və digər tanınmış musiqiçilər səhnə alıblar. Musiqi proqramı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Böyük Akademik Orkestrinin müşayiəti ilə təqdim olunub. Konsertə teatrın baş dirijoru, əməkdar incəsənət xadimi Əyyub Quliyev rəhbərlik edib.

Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

Bakcell-in tədbirə verdiyi dəstək şirkətin mədəni irsin qorunması, incəsənətin təşviqi və cəmiyyət üçün dəyər yaradan təşəbbüslərin inkişafına yönəlmiş fəaliyyətinin tərkib hissəsidir. Şirkət ölkədə mədəniyyət və incəsənətin inkişafına töhfə verən layihələri dəstəkləməyə davam edir.

Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

Qeyd edək ki, “Signature Gala Night” yerli və beynəlxalq sənətçilərin iştirakı ilə klassik musiqi ənənələrini bir araya gətirən xüsusi mədəniyyət layihəsidir.

Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.

Son xəbərlər
Bütün xəbərlər »