Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan MSK-sı daha bir seçki məntəqəsində səsvermənin nəticələrini ləğv edib
Ermənistan MSK-sı daha bir seçki məntəqəsində səsvermənin nəticələrini ləğv edib

Ermənistanın Mərkəzi Seçki Komissiyası parlament seçkiləri zamanı 12/13 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılması barədə qərar qəbul edib.

Bizimyol.info xəbər verir ki, bu barədə MSK-nın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, həmin məntəqədə səsvermə günü 8 nömrəli seçki bülleteni olmayıb. 12/13 saylı məntəqədə səsvermədə iştirak edən 809 nəfərin sayı qəbul edilən qərara əsasən ümumi uyğunsuzluq göstəricisi kimi qeydə alınıb. Məntəqə ilə bağlı materiallar prokurorluğa göndərilib.

Bundan əvvəl də MSK iki seçki məntəqəsində səsvermənin nəticələrinə ciddi təsir göstərə biləcək pozuntuların baş verdiyini açıqlamış və növbədənkənar iclas zamanı həmin məntəqələr üzrə səslərin etibarsız sayılması barədə qərar vermişdi.

Ermənistanda parlament seçkiləri iyunun 7-də keçirilib. Ölkənin Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş Müqaviləsi” Partiyası MSK-nın 2 005 seçki məntəqəsindən əldə etdiyi ilkin nəticələrə əsasən səslərin 49,825 faizini qazanıb.

Biznesmen Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,281 faiz, keçmiş prezident Robert Koçaryanın “Ermənistan” bloku isə 9,934 faiz səs toplayıb.

Biznesmen Qaqik Tsarukyana məxsus “Çiçəklənən Ermənistan” Partiyası 3,996 faiz səs əldə etdiyindən parlamentə düşə bilməyib.

Seçici fəallığı isə 58,97 faiz təşkil edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »