Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Netanyahu: “Mən baş nazir olduğum müddətdə İran nüvə silahına sahib olmayacaq”
Netanyahu: “Mən baş nazir olduğum müddətdə İran nüvə silahına sahib olmayacaq”

İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, o, yəhudi dövlətinin hökumətinə rəhbərlik etdiyi müddətdə İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat verib.

“Mən İsrailin baş naziri olduğum müddətdə İranın nüvə silahı olmayacaq. Bu məsələdə ABŞ Prezidenti Donald Trampla tam həmrəyik”, – deyə Netanyahu bildirib.

Netanyahu qeyd edib ki, artıq 30 ildən çoxdur İranın nüvə proqramına qarşı beynəlxalq mübarizənin ön sıralarında yer alır. Onun sözlərinə görə, əgər bu mübarizə aparılmasaydı, İran çoxdan İsraili məhv etmək məqsədilə atom bombasına sahib olardı.

“İran yəhudi dövlətini məhv etmək üzərində çalışır və mən həyatımı bunun qarşısını almağa həsr etmişəm. Mən baş nazir olduğum müddətdə buna imkan verilməyəcək”, – deyə Netanyahu əlavə edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »