Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın bir neçə bölgələrində zəlzələ olub
Azərbaycanın bir neçə bölgələrində zəlzələ olub

Bu gün Azərbaycanın bir sıra bölgələrində zəlzələ baş verib.

Bizimyol.info xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat verib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Qəbələ stansiyasından 11 km cənub-qərbdə Qəbələ rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, Oğuz, Şəki, Qax, Zaqatala, Goranboy, Yevlax, Ağdaş, Göyçay, Ucar, Tərtər, İsmayıllı, Şamaxı, Şəmkir, Mingəçevir və digər rayonlarda 5-3 bala qədər hiss olunub.

Verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 15:13-də qeydə alınıb.

Bildirilib ki, zəlzələ ocağı yerin 42 km dərinliyində olub.

Son xəbərlər
Bütün xəbərlər »