Vaşinqtonda iki ABŞ Milli Qvardiya hərbçisinə atəş açan Rəhmanulla Ləkanvalın Əfqanıstanda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı olduğu məlum olub.
Bizimyol.info xəbər verir ki, bu barədə qurumun direktoru Con Rətkliff "Fox News"a açıqlamasında bildirib.
“Bayden administrasiyasının dövründə Əfqanıstandan uğursuz qoşun çıxarılmasından sonra həmin administrasiya atəş açan şəxsin 2021-ci ilin sentyabrında ABŞ-a gəlməsini onun əvvəlki fəaliyyətinə — ABŞ hökuməti ilə, o cümlədən Kandaqarda Birləşmiş Ştatlara yardım edən qüvvələrin üzvü kimi MKİ ilə əməkdaşlığına görə ölkədə qalmasını əsaslandırılıb. Bu əməkdaşlıq isə xaotik evakuasiyadan qısa müddət sonra bitib”, - deyə Rətkliff qeyd edib.
"Reuters"in məlumatına görə, 29 yaşlı Ləkanval 2024-cü ilin dekabrında ABŞ-da sığınacaq üçün müraciət edib və 2025-ci il aprelin 23-də — Donald Trampın vəzifəyə başlamasından sonra — bu statusu alıb. O, Vaşinqton ştatında yaşayırdı və heç bir məhkumluğu yox idi.
Xatırladaq ki, ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti Əfqanıstan vətəndaşları ilə bağlı bütün immiqrasiya müraciətlərinin qəbulunu müvəqqəti olaraq dayandırdığını elan edib.
Qadir, Bizimyol.info






