Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda avtomobillərdən oğurluq edən 2 nəfər saxlanılıb
Bakıda avtomobillərdən oğurluq edən 2 nəfər saxlanılıb

Paytaxtın Nizami rayonunda “Ford” markalı avtomobildən içərisində 1000 manat pul və 670 manat dəyərində qızıl-zinət əşyası olan çanta oğurlanıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat məlumat verib.

Bildiriblər ki, Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı N.Hüseynov müəyyən edilərək saxlanılıb.

Daha bir oxşar oğurluq hadisəsi Nəsimi rayonunda qeydə alınıb. “Changan” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən 47 yaşlı Ö.Sadiqi polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər
Bütün xəbərlər »