Gədəbəy rayonunda qətl hadisəsi törədilib.
Bizimyol.info xəbər veir ki, payon polis idarəsindən verilən məlumata görə, 37 yaşlı Rəşad İlyasov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
R.İlyasovu qətlə yetirməkdə atası, 59 yaşlı İlqar İlyasov şübhəli bilinir.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı İlqar İlyasov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.






