Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı rəssamın əsəri finalçılar sırasındadır
Azərbaycanlı rəssamın əsəri finalçılar sırasındadır

Belçikada 64-cü dəfə keçirilən dünyanın məşhur karikatura festivalı olan “Grand Prize Golden Hat Knokke-Heist 2025” sona yetib.

Bu il festivala 65 ölkədən 601 iştirakçı 2535 əsərlə qatılıb. Beynəlxalq jüri finala qalan 100 ən yaxşı əsəri müəyyənləşdirib.

Tanınmış rəssam, həmyerlimiz Soltan Soltanlının “Adəm və Həvva” əsəri finala qalanlar arasındadır.

Qeyd olunan 100 əsərdən ibarət sərginin açılışı iyulun 28-də Knokke-Heist şəhərində baş tutacaq və avqustun 24-dək davam edəcək. Festivalın təşkilat komitəsi həmyerlimizi sərginin açılışına dəvət edəcəyini bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »