Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda ilaxır çərşənbə şənlikləri fəlakətə çevrilib: 14 nəfər ölüb
İranda ilaxır çərşənbə şənlikləri fəlakətə çevrilib: 14 nəfər ölüb

İranda hicri-şəmsi təqvimlə ilin axır çərşənbə gecəsi keçirilən “Çərşənbə Suri” adlanan şənliklər və ona hazırlıqlar zamanı 14 nəfər həyatını itirib.

Bizimyol.info xəbər verir ki, İranın paytaxtı Tehranda iftardan sonra başlayan şənliklərdə atəşfəşanlıq və partlayıcı maddələrin atılması səbəbindən səmanı tüstü bürüdüyü bildirilib.

Qeyd edilir ki, Tehranın Yusufabad rayonunda ağac yanıb və yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə söndürülüb. Ölkə üzrə 5 təcili yardım maşınının partlayıcının vurulması nəticəsində yandığı da bildirilib.

İranın Təcili Yardım Mərkəzi ölkə üzrə 14 nəfərin öldüyünü, 1844 nəfərin isə yaralandığını açıqlayıb. Açıqlamada yaralılardan 100-nün əzalarını itirdiyi, 500-dən çoxunun isə göz zədəsi aldığı bildirilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »