Azərbaycan Respublikası Nazirlər Kabineti xüsusi karantin rejiminin müddətini növbəti dəfə uzadılması ilə bağlı qərar qəbul edib.
Bizimyol.info xəbər verir ki, baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara görə koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 iyul saat 06:00-dək uzadılıb.






