2020-ci il 44 günlük müharibədən sonra artıq sülh müqaviləsi ilə bağlı danışıqlara başlanılsa da, Ermənistan tərəfi təxribatlar törədir, bacardıqları qədər zərər verməyə çalışır. Sabitliyi pozur və sülh müqaviləsinin imzalanması prosesini ləngidirdi. Və bununla yanaşı, “Qarabağ Azərbaycandır” deyilsə də, ermənilər və separattçı rejim bölgəni tərk etmək istəmirdi. Azərbaycanda əksər politoloqlar qeyd edirdi ki, müharibə hələ bitməyib. Və ermənilər "qaçqınlıq" acısını dadmayana qədər bu "mübrizə" davam edəcək. Sentyabrın 19-u yenə təxribat törədildi. Və o gün son gün idi. Bıçağın sümüyə dayandığı gün… Beləcə, lokal anti-terror əməliyyatına qərar verildi. Qarabağın sepratçı rejimi təslim oldu. Artıq bir neçə gündür ki, erməniləri Qarabağı tərk edirlər…
Bəs müharibə bitdimi?
Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində müharibə çoxdan bitib. Müharibə 2020-ci ildə 44 gün davam etdi və bitdi. Sonradan baş verənlər də lokal anti-terror tədbirləri sayılır.
Mübariz Göyüşlü, Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi“Hər dəfəsində Azərbaycan bu təxribatı törədən Ermənistan və Qarabağdakı keçmiş separatçı rejimin dərsini verib. Bir neçə gün əvvəl isə, biz lokal anti-terror tədbirlərinin şahidi olduq. Bu tədbirlər son nöqtəni qoydu. Bununla da, 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Anti-terror tədbirlərindən sonra isə, suverenliyə olan təhdid aradan qalxdı”-deyən siyasi şərhçi hesab edir ki, bu mövzu artıq bağlanıb. Belə ki, bölgədə separatizm üçün, erməni təxribatı üçün mövzu qalmayıb”-deyən şərhçi bildirib ki, bundan sonra Azərbaycan dövlətinin rəhbərliyi altında Qarabağda quruculuq işlərinə, orada bizimlə yaşamaq istəyən sakinlərin cəmiyyətə inteqrasiyasına hesablanmış proseslərə şahidlik edəcəyik. Bundan sonra heç bir terrorizm, təxribat əməlləri ola bilməz. Terror və sepratizm bitmişdir…
İradə Cəlil, Bizimyol.info






