Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Kiyevə gündüz saatlarında ballistik raketlərlə hücum edib: ölən və yaralananlar var
Rusiya Kiyevə gündüz saatlarında ballistik raketlərlə hücum edib: ölən və yaralananlar var

Rusiya ordusu gündüz saatlarında Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə növbəti hava hücumu həyata keçirib. Şəhərdə güclü partlayışlar baş verib, hava hücumundan müdafiə (HHM) sistemləri işə düşüb.

Bizimyol.info xəbər verir ki, Kiyevdə hava həyəcanı saat 11:23-də elan edilib. Ukrayna Hərbi Hava Qüvvələri paytaxt istiqamətində bir neçə yüksək sürətli hədəfin hərəkət etdiyini açıqlayıb. Qısa müddət sonra şəhərdə ardıcıl partlayış səsləri eşidilib.

Kiyev meri Vitali Kliçko sakinləri sığınacaqlarda qalmağa çağıraraq bildirib ki, şəhərdə HHM qüvvələri fəaliyyət göstərir.

Verilən məlumata görə, Rusiya Kiyev istiqamətində təxminən 10 ballistik raket, eləcə də "Zirkon" hipersəs raketləri buraxıb.

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyev vilayətində raket zərbəsindən sonra xilasetmə əməliyyatlarının davam etdiyini bildirib.

Prezidentin sözlərinə görə, ilkin məlumata əsasən, hücum nəticəsində onlarla insan yaralanıb, 6 nəfər isə həlak olub.

Qeyd edək ki, Rusiya sonuncu dəfə iyulun 19-da Kiyevə genişmiqyaslı raket və pilotsuz uçuş aparatları ilə hücum etmişdi. Həmin hücum zamanı Ukraynaya 41 raket və 126 zərbə tipli PUA buraxılmışdı. Ondan əvvəl isə 15 iyun, 2 iyul və 6 iyul tarixlərində də paytaxt oxşar intensivlikdə raket hücumlarına məruz qalmışdı.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »