Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik daha üç ay uzadılıb
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik daha üç ay uzadılıb

Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətinin uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.

Bizimyol.info xəbər verir ki, müvafiq fərman rəsmi şəkildə dərc olunub.

4928-IX nömrəli qanuna əsasən, Ukraynada hərbi vəziyyətin qüvvədə olma müddəti daha 90 gün, yəni 31 oktyabr 2026-cı il tarixinədək uzadılıb. Bu, Rusiyanın genişmiqyaslı işğalının başlanmasından bəri hərbi vəziyyətin uzadılması ilə bağlı qəbul edilən 20-ci ardıcıl qanundur.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Ali Radası hərbi vəziyyətin uzadılması barədə qanun layihəsini 313 xalq deputatının dəstəyi ilə qəbul etmişdi. Ölkədə ümumi səfərbərliyin müddətinin uzadılmasına dair qanun layihəsini isə 311 deputat dəstəkləmişdi.

Bundan əvvəl Ukraynanın Ərazi Komplektləşdirmə və Sosial Dəstək Mərkəzləri (TCK) ordunun transformasiyasının ilk mərhələsinin nəticələrini açıqlayıb.

Məlumata görə, həm hazırda hərbi xidmətdə olan şəxslər, həm də mülki vətəndaşlar Müdafiə Nazirliyi ilə yeni xidmət müqavilələri bağlaya biləcəklər. Bu müqavilələrin müddəti tutulan vəzifədən asılı olaraq 14 və ya 24 ay olacaq.

Bildirilib ki, müqavilə müddəti başa çatdıqdan sonra hərbi qulluqçunun xidmətdən tərxis olunması təmin ediləcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »