Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Netanyahu Samariyada baş verən hücumdan sonra sərt tədbirlər görüləcəyini vəd edib
Netanyahu Samariyada baş verən hücumdan sonra sərt tədbirlər görüləcəyini vəd edib

İsrailin Baş naziri Benyamin Netanyahu iyulun 24-də Gilaad fermasında baş verən terror aktına operativ cavab tədbirlərinin hazırlanması məqsədilə müdafiə naziri və İsrail Müdafiə Qüvvələrinin (İMQ) Baş Qərargah rəisi ilə təcili müşavirə keçirəcəyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat verib.

Hökumət başçısının bildirib ki, dövlət regionda terror fəaliyyətinin güclənməsinə yol verməyəcək. "Biz terrorçulara və onları dəstəkləyənlərə qarşı qətiyyətlə hərəkət edəcəyik. İudeya və Samariyada terrorun yenidən baş qaldırmasına imkan verməyəcəyik", – deyə Netanyahu vurğulayıb.

Gilaad fermasında baş verən hadisə İsrailin təhlükəsizlik strukturlarında geniş rezonans doğurub. İMQ komandanlığı və təhlükəsizlik xidmətlərinin nümayəndələri vəziyyəti qiymətləndirərək gələcəkdə oxşar təhdidlərin qarşısının alınmasına yönəlmiş strategiya hazırlayırlar.

Gözlənilir ki, müdafiə qurumlarının rəhbərliyi ilə keçiriləcək müzakirələrin yekununda İudeya və Samariya bölgəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və mövcud təhdidlərin zərərsizləşdirilməsi istiqamətində konkret operativ qərarlar qəbul ediləcək. Hazırda vəziyyət ölkənin siyasi və hərbi rəhbərliyinin nəzarətində saxlanılır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »