Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Netanyahu "Likud"un namizəd siyahısının seçkilərdə partiyaya zərər verəcəyindən ehtiyat edir
Netanyahu "Likud"un namizəd siyahısının seçkilərdə partiyaya zərər verəcəyindən ehtiyat edir

İsrailin Baş naziri Benyamin Netanyahu, "Likud" partiyasındakı mənbələrin bildirdiyinə görə, seçkiqabağı namizədlər siyahısının formalaşdırılması mexanizmini əhəmiyyətli dərəcədə dəyişməyi nəzərdən keçirir.

Bizimyol.info xəbər verir ki, buna səbəb hazırkı namizədlər siyahısının seçkilərin nəticələrinə mənfi təsir göstərə biləcəyi ilə bağlı narahatlıqdır.

Mənbələrin sözlərinə görə, Netanyahu partiyadaxili ilkin seçkilərin (praymeriz) keçirilməsinin tərəfdarıdır. Bununla yanaşı, o, rekord sayda — 10-11 rezerv edilmiş yer əldə etməyə çalışır. Bu isə ona namizədlərin əhəmiyyətli hissəsini şəxsən müəyyənləşdirməyə və gələcək siyahını dəyişərək hazırkı Knesset deputatlarının bir çoxunu siyahıdan kənarlaşdırmağa imkan verəcək.

Bildirilir ki, bu qərarın qəbul edilməsinə partiya daxilində aparılan sosioloji sorğuların nəticələri təsir göstərib. Həmin araşdırmalara əsasən, "Likud"un hazırkı namizədlər siyahısı partiyanın seçici dəstəyini azalda biləcək amil kimi qiymətləndirilir.

"Likud"un partiyadaxili praymerizlə bağlı məsləhətləşmələrdə iştirak edən nümayəndələrindən biri bildirib ki, o, Baş naziri mümkün nəticələr barədə xəbərdar edib.

“Namizədlər siyahısı seçkilərdə bizə baha başa gələ bilər”, – deyə həmin şəxs Netanyahuya bildirib.

Bu məlumatla bağlı hələlik nə Baş nazirin ofisi, nə də "Likud" partiyasının rəhbərliyi rəsmi açıqlama verib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »