Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Şəhid liderin qətlinin hesabı çəkiləcək” - İran İnqilab Keşikçiləri Ordusu
“Şəhid liderin qətlinin hesabı çəkiləcək” - İran İnqilab Keşikçiləri Ordusu

İran İnqilab Keşikçiləri Ordusunun (İİKK) Baş komandanı şəhid liderin dəfn mərasimində iştirak edən xalqa təşəkkür edib və hücumun təşkilatçıları, icraçıları və dəstəkçilərinin cəzalandırılmasının “qanuni və unudulmaz tələb” olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, İİKK-nun komandanı yayımladığı bəyanatda dəfn mərasimində iştirak edən İran xalqına və tədbirin təşkilində rol alan şəxslərə minnətdarlığını ifadə edib.

O qeyd edib ki, İran xalqının geniş iştirakı “heç bir təhdid, hücum və ya sui-qəsdin İslamı, İranı və Müqavimət Cəbhəsini müdafiə etmək iradəsini sarsıda bilməyəcəyini” göstərib.

Bəyanatda ABŞ administrasiyasına və İran əleyhinə qüvvələrə müraciət edilərək bildirilib ki, “şəhid liderə qarşı həyata keçirilən hücum və onun şəhid olması ilahi nuru söndürə, inanclı xalqların iradəsini qıra və müqavimət bayrağını yerə endirə bilməz”.

Komandanın açıqlamasında vurğulanıb ki, “şəhid liderin pak qanı bütün azad insanların üzərinə daimi məsuliyyət qoyub”. Hücumun icraçıları, planlaşdırıcıları və dəstəkçilərinin cəzalandırılması isə “qəti, qanuni və unudulmayacaq tələb” kimi təqdim edilib.

İİKK rəhbəri bildirib ki, bu tələb ədalət tam təmin olunana və məsul şəxslər cavab verənədək, xüsusilə ABŞ ordusuna qarşı, İslam dünyasının və Müqavimət Cəbhəsinin tarixi yaddaşında qalacaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »