Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kobaxidze: ATƏT Gürcüstan cəmiyyətinin etimadını itirir
Kobaxidze: ATƏT Gürcüstan cəmiyyətinin etimadını itirir

ATƏT-in Gürcüstanı tənqid edən bəyannamə qəbul etməsi bu təşkilatın Gürcüstan cəmiyyətində etimadını sarsıdır.

Bizimyol.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

“Belə sənədlərin qəbulu təəssüf ki, Gürcüstan cəmiyyətinin təkcə ATƏT Parlament Assambleyasına deyil, bütövlükdə ATƏT-ə olan etimadını da zəiflədir. Bu, çox üzücü haldır. Görürük ki, ATƏT Parlament Assambleyası ABŞ Konqresinin üzvü Co Uilsonun səviyyəsinə enib. Bu, son dərəcə faciəvi hadisədir. Əlbəttə, biz bundan müvafiq nəticələr çıxaracağıq”, – deyə Kobaxidze bildirib.

ATƏT Parlament Assambleyası Gürcüstanla bağlı bəyannamə qəbul edib. Sənədə ABŞ Konqresinin üzvü Co Uilsonun hazırladığı qətnamə də daxil edilib. Həmin qətnamədə iddia olunur ki, Gürcüstanda 2024-cü ildə keçirilən parlament seçkiləri və 2025-ci ildə baş tutan yerli özünüidarəetmə seçkiləri problemli olub və xalqın iradəsini əks etdirməyib.

Bundan əlavə, sənəddə Gürcüstan demokratiya sahəsində mövcud problemlərə və sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına görə bir daha tənqid edilib.

Gürcüstan nümayəndə heyəti isə etiraz əlaməti olaraq səsvermədən əvvəl iclas zalını tərk edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »