Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İordaniya İsraildəki səfirinin diplomatik missiyasına rəsmi şəkildə dayandırıb
İordaniya İsraildəki səfirinin diplomatik missiyasına rəsmi şəkildə dayandırıb

İordaniya İsraillə diplomatik münasibətlərin soyumasını hüquqi baxımdan da rəsmiləşdirib.

Bizimyol.info xəbər verir ki, İordaniyanın "Official Gazette" rəsmi nəşrinin yaydığı məlumata görə, kral II Abdullahın imzaladığı fərmana əsasən, İordaniyanın İsraildəki səfiri Həsən əl-Məcalinin diplomatik missiyası 15 iyul 2026-cı il tarixində rəsmi olaraq başa çatacaq. Bundan sonra diplomat Əmmandakı Xarici İşlər Nazirliyində fəaliyyətini davam etdirəcək.

Qərar faktiki olaraq təxminən üç ildir davam edən vəziyyəti hüquqi müstəviyə keçirib. Həsən əl-Məcali 2018-ci ildən İordaniyanın Təl-Əvivdəki səfirliyinə rəhbərlik etsə də, 2023-cü ilin noyabrında Qəzza zolağında hərbi əməliyyatların başlaması fonunda İsraili tərk etmişdi.

Səfirin geri çağırılmasına 7 oktyabr 2023-cü il hücumlarından sonra başlayan döyüşlər və Qəzza şəhərində yerləşən "Əl-Əhli" xəstəxanasında baş verən partlayış səbəb olmuşdu. Hadisənin ilk günlərində partlayışa görə məsuliyyət İsrailin üzərinə qoyulsa da, sonradan ABŞ, İsrail və müstəqil ekspertlərin araşdırmaları faciənin "İslami Cihad" silahlı qruplaşmasının uğursuz raket buraxılışı nəticəsində baş verdiyini göstərmişdi.

Həsən əl-Məcali geri çağırıldıqdan sonra bir daha İsraildəki vəzifəsinə qayıtmayıb. Eyni vəziyyət İsrailin İordaniyadakı diplomatik nümayəndəliyində də yaşanır. 7 oktyabr hadisələrindən az əvvəl İordaniyaya səfir təyin olunan Roqel Rahman da hazırda İsraildədir. Əmman hakimiyyəti onun ölkəyə qayıdaraq vəzifəsini icra etməsinə razılıq verməyib.

Beləliklə, hazırda həm İsrail, həm də İordaniya qarşılıqlı olaraq bir-birinin paytaxtında səfir səviyyəsində diplomatik təmsilçiliyə malik deyil.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »