Ukraynanın Sumı, Xarkov və Çerniqov vilayətlərində enerji infrastrukturuna dəyən ziyan səbəbindən əhalinin bir hissəsi elektrik enerjisiz qalıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyi məlumat yayıb.
Qurumun açıqlamasına görə, 3 iyul tarixində ölkə üzrə əlavə elektrik məhdudiyyətlərinin tətbiqi gözlənilmir. Bununla yanaşı, Kiyevin nəzarətində olan Donetsk, Zaporojye və Xerson vilayətlərinin bəzi ərazilərində də elektrik təchizatında fasilələr qeydə alınıb.
Ukraynada enerji sistemində problemlər 2025-ci ilin sonlarından etibarən sərtləşən soyuq hava şəraiti və enerji infrastrukturuna ciddi ziyan vurulması fonunda başlayıb. Ölkənin enerji sektorunda fövqəladə vəziyyət rejimi elan olunub.
Hazırda bir çox bölgədə elektrik enerjisinin verilməsi gündəlik olaraq saatlarla davam edən qrafik əsasında məhdudlaşdırılır. Enerji infrastrukturunun bərpası istiqamətində işlərin davam etdiyi bildirilir.
Bizimyol.info






