Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: “İsrail tarixinin ən yaxşı prezidentiyəm” – Yaxın Şərq və İranla bağlı sərt açıqlamalar
Tramp: “İsrail tarixinin ən yaxşı prezidentiyəm” – Yaxın Şərq və İranla bağlı sərt açıqlamalar

ABŞ Prezidenti Donald Trump CNBC telekanalına geniş müsahibə verərək xarici siyasət, Yaxın Şərqdə hərbi əməliyyatlar və kriptovalyuta bazarının gələcəyi ilə bağlı mühüm fikirlər səsləndirib.

Bizimyol.info xəbər verir ki, İsraillə münasibətlərdən danışan Tramp amerikalı yəhudilərin seçki davranışlarına təəccübünü gizlətməyib.

“Anlamaq mənim üçün çətindir ki, necə olur ki, bir yəhudi demokratlara səs verir. Mən İsrail tarixinin ən yaxşı prezidenti olmuşam və bunu onlar da etiraf edir”, – deyə ABŞ lideri bildirib.

Müsahibənin böyük hissəsi ABŞ ilə İran arasında davam edən gərginliyə həsr olunub. Tramp ABŞ ordusunun gücünü vurğulayaraq, Amerika silahlı qüvvələrinin İran hərbi imkanlarını ciddi şəkildə zəiflətdiyini iddia edib.

Onun sözlərinə görə, Tehranın hələ də müəyyən raket ehtiyatı qalsa da, ABŞ onları da məhv etmək gücündədir.

Ağ Ev rəhbəri İranın hava hücumundan müdafiə sistemlərinə xüsusi diqqət çəkərək, ABŞ qüvvələrinin sistematik şəkildə İran radarlarını sıradan çıxardığını bildirib. O, həmçinin yaxın vaxtlarda istifadəyə hazır vəziyyətə gətirilən yeni radar stansiyasının da məhv edildiyini iddia edib. Tramp əlavə edib ki, onun fikrincə, İran ABŞ-ın irəli sürdüyü tələblərin demək olar ki, hamısını qəbul etməyə razılaşıb.

Qlobal texnoloji rəqabətdən danışan ABŞ prezidenti kriptovalyuta sektorunun strateji əhəmiyyətini vurğulayıb və bu sahədə liderliyin ABŞ-da qalmasının vacibliyini qeyd edib. O, rəqəmsal aktivlər bazarında ABŞ-nin ön sırada olmasının vacib olduğunu, əks halda bu üstünlüyün Çin və ya Yaponiya kimi ölkələrə keçə biləcəyini deyib.

Tramp ailəsinin kriptovalyuta əməliyyatlarından gəlir əldə etməsi ilə bağlı suallara da cavab verib və bu fəaliyyətlərdə qanunsuz heç nə olmadığını bildirib. Bununla yanaşı, o, övladlarına mümkün maraqlar toqquşmasından yayınmaq üçün bu sahədən uzaq durmağı tövsiyə etdiyini də əlavə edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »