Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda seçici rüşvətxorluğuna görə cəzalar sərtləşdirildi
Ermənistanda seçici rüşvətxorluğuna görə cəzalar sərtləşdirildi

Ermənistan parlamenti seçicilərin ələ alınmasına (seçki rüşvətinə) görə məsuliyyəti sərtləşdirən qanunvericilik dəyişikliklərini son oxunuşda qəbul edib.

Bizimyol.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, qanun layihəsi may ayının ilk yarısında – 7 iyun tarixində keçirilmiş parlament seçkilərinə az qalmış – parlamentin sədri Alen Simonyan, hakim "Vətəndaş Müqaviləsi" fraksiyasının deputatları Arusyak Culakyan, Alxas Kazaryan və Vaaqn Aleksanyan tərəfindən parlamentin müzakirəsinə təqdim edilmişdi.

Qəbul edilən dəyişikliklərə əsasən, seçki rüşvəti alan şəxslər üçün azadlıqdan məhrumetmə müddəti 1–3 ildən 2–5 ilə, rüşvət verənlər üçün isə 3–6 ildən 4–8 ilə qaldırılıb. Seçkiqabağı dövrdə xeyriyyəçilik qadağasının pozulmasına görə nəzərdə tutulan həbs cəzası da 3–6 ildən 4–8 ilə artırılıb.

Bundan əlavə, yeni düzəlişlərə əsasən, seçki rüşvəti almaqda və ya onun verilməsində vasitəçilik etməkdə təqsirli bilinən şəxslərə ömürlük dövlət və bələdiyyə vəzifələri tutmaq qadağan ediləcək.

Mayın 14-də Ermənistan parlamentinin sədri Alen Simonyan hakim partiyanın seçici rüşvətxorluğuna görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanunvericilik təşəbbüsü ilə çıxış etdiyini açıqlamışdı.

Ermənistanda növbəti parlament seçkiləri 7 iyunda keçirilib. Seçkilərdə 18 siyasi qüvvə iştirak edib. Onların arasında baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası, sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" ("Hayastan") bloku və Narek Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" bloku da olub. İş adamı Samvel Karapetyan tərəfindən yaradılan "Güclü Ermənistan" blokuna "Güclü Ermənistan", "Yeni Era" və "Birləşmiş Ermənilər" partiyaları daxil idi.

Mənbənin məlumatına görə, seçkilər çoxsaylı pozuntular və saxtakarlıq halları ilə müşayiət olunub. Səsvermənin yekununda "Vətəndaş Müqaviləsi" Partiyası 49,7456 faiz, "Güclü Ermənistan" bloku 23,2710 faiz, "Ermənistan" bloku isə 9,9231 faiz səs toplayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »