Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Polşanı Rusiyanın mümkün hərbi təxribatları barədə xəbərdar edib
ABŞ Polşanı Rusiyanın mümkün hərbi təxribatları barədə xəbərdar edib

ABŞ yaxın perspektivdə Rusiyanın mümkün aqressiv addımları ilə bağlı Polşaya xəbərdarlıq edib.

Bizimyol.info xəbər verir ki, Britaniyanın "The Telegraph" nəşrinin məlumatına görə, Moskva NATO ölkələrinin müdafiə hazırlığını və qətiyyətini yoxlamaq məqsədilə məhdudmiqyaslı hərbi təxribat ssenarisini həyata keçirə bilər.

Polşanın "Onet" nəşri yazır ki, analitiklər hadisələrin inkişafı ilə bağlı bir neçə mümkün ssenarini nəzərdən keçirirlər.

Bu ssenarilər sırasında kritik infrastruktur obyektlərinə raket və ya pilotsuz uçuş aparatları ilə zərbələr endirilməsi, genişmiqyaslı kibermüdaxilələr, hibrid əməliyyatlar, eləcə də Kalininqrad vilayəti və ya Belarus istiqamətindən lokal sərhəd pozuntuları yer alır.

Məlumatda qeyd olunur ki, belə insidentlər texniki nasazlıq və ya naviqasiya səhvi kimi təqdim edilə bilər.

Polşa və Baltik ölkələrinin təhlükəsizlik sahəsindəki mənbələrinin iddiasına görə, Moskvanın əsas məqsədi beynəlxalq miqyasda gərgin böhran vəziyyəti yaratmaqdır.

Bildirilir ki, bununla Qərb müttəfiqlərinə psixoloji və siyasi təzyiq göstərilərək onların Ukraynaya hərbi dəstəyi azaltması və ya tamamilə dayandırması hədəflənir.

Eyni zamanda, Rusiya tərəfinin NATO ilə birbaşa və genişmiqyaslı müharibəyə səbəb ola biləcək ssenaridən yayınmağa çalışdığı vurğulanır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »