ABŞ prezidenti Donald Trump İranla aparılan danışıqların davam etdiyini və Tehranın razılaşma əldə etməkdə maraqlı olduğunu bildirib.
Bizimyol.info xəbər verir ki, Amerika lideri bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb. O qeyd edib ki, İran tərəfi ABŞ ilə anlaşma əldə etmək üçün danışıqları davam etdirir.
“Onlar bizimlə razılaşma bağlamaq üçün danışıqlar aparırlar”, – deyə Tramp vurğulayıb.
ABŞ prezidenti əlavə edib ki, Tehran mümkün sazişin əldə olunmasında ciddi maraq göstərir.
“Onlar həqiqətən də razılaşma əldə etmək istəyirlər”, – deyə o bildirib.
Qeyd edək ki, son aylarda Vaşinqton və Tehran arasında münasibətlər, xüsusilə nüvə proqramı və regional təhlükəsizlik məsələləri fonunda beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. Tərəflər arasında mümkün razılaşmanın Yaxın Şərqdə gərginliyin azalmasına təsir göstərə biləcəyi ehtimal olunur.
Bizimyol.info






