Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın Yessentuki şəhərində 200 illik Müqəddəs Nikolay kilsəsi yanaraq məhv olub
Rusiyanın Yessentuki şəhərində 200 illik Müqəddəs Nikolay kilsəsi yanaraq məhv olub

Rusiyanın Yessentuki şəhərində yerləşən 200 illik Müqəddəs Nikolay kilsəsi güclü yanğın nəticəsində tamamilə məhv olub.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat verib.

Fövqəladə xidmət orqanlarının məlumatına görə, yanğın 1826-cı ildə Bernardaççi qardaşlarının layihəsi əsasında inşa edilmiş məbəddə baş verib. Alov qısa müddətdə bütün binaya yayılıb və təxminən 300 kvadratmetr ərazini əhatə edib.

Yanğınsöndürənlərin səylərinə baxmayaraq, kilsəni xilas etmək mümkün olmayıb. Tikili tamamilə yanaraq dağılıb. İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.

Müqəddəs Nikolay kilsəsi Stavropol diyarının ən qədim dini tikililərindən biri hesab olunurdu və tarixi-memarlıq əhəmiyyətinə malik idi. Hazırda yanğının başvermə səbəbləri araşdırılır, mütəxəssislər hadisə yerində işlərini davam etdirirlər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »