Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa Komissiyası Rusiya, Belarus və İrana qarşı viza siyasətini sərtləşdirməyə hazırlaşır
Avropa Komissiyası Rusiya, Belarus və İrana qarşı viza siyasətini sərtləşdirməyə hazırlaşır

Avropa Komissiyası payızda Avropa İttifaqının ümumi viza siyasətinin sərtləşdirilməsi ilə bağlı yeni təkliflər təqdim etməyə hazırlaşır. Yeni qaydalar təhlükəsizlik səbəbilə vizadan imtina üçün əlavə meyarların tətbiqini nəzərdə tutur və ilk növbədə Rusiya, Belarus və İran vətəndaşlarına şamil ediləcək.

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata Brüsseldəki diplomatik mənbə məlumat verib.

Verilən məlumata görə, Avropa Komissiyası Aİ ölkələrini məlumatlandıraraq bildirib ki, payızda üçüncü ölkələrə münasibətdə təhlükəsizlik risklərinə əsaslanan daha sərt viza siyasəti təklif olunacaq. Bu təşəbbüs çərçivəsində ictimai təhlükəsizlik üçün risk hesab edilən ölkələrin vətəndaşlarına viza verilməsindən imtina üçün yeni meyarlar müəyyən ediləcək.

Məlumat verən dplomat qeyd edib ki, yeni tədbirlərin ilk növbədə Rusiya, Belarus və İran vətəndaşlarına tətbiqi nəzərdə tutulur. Bununla belə, gələcəkdə bu siyahının genişləndirilməsi də mümkündür.

Onun sözlərinə görə, Avropa İttifaqının viza siyasətindəki dəyişikliklərin “sınaq addımı” kimi 21-ci sanksiyalar paketinə daxil edilən və Ukraynadakı müharibədə Rusiya tərəfində iştirak edən şəxslərin Aİ-yə girişinə qadağa göstərilə bilər. Diplomat əlavə edib ki, Avropa Komissiyası hələlik şəxsin xüsusi hərbi əməliyyatda iştirak faktını hansı mexanizmlə müəyyən edəcəyini açıqlamayıb.

O vurğulayıb ki, bu tədbirlərin qüvvəyə minməsi üçün onların bütün Aİ ölkələri tərəfindən təsdiqlənməsi tələb olunur. Çünki viza siyasəti hələ də milli dövlətlərin səlahiyyətində qalır.

Xatırladaq ki, mayın əvvəlində Avropanın statistika agentliyi “Eurostat” Aİ ölkələrinin 2025-ci ildə Rusiya vətəndaşlarına 620 min viza verdiyini açıqlamışdı. Bu göstərici 2024-cü illə müqayisədə 10,2 faiz çoxdur və Ukraynadakı müharibənin başlanmasından bəri rekord hesab olunur. Həmin məlumat Avropa dairələrində ciddi reaksiyaya səbəb olub. Elə həmin vaxt Avropa Komissiyası da Rusiyaya qarşı viza siyasətinin yenidən sərtləşdirilməsi planlarından ilk dəfə bəhs edilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »