Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Suraxanı Rayon İcra Hakimiyyəti: “Nəzərdə tutulan ərazi xüsusi mülkiyyətdə olan ərazidir”
Suraxanı Rayon İcra Hakimiyyəti: “Nəzərdə tutulan ərazi xüsusi mülkiyyətdə olan ərazidir”

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində illərdir təmir olunacağı gözlənilən "Ana-bala" parkının ərazisində iki hündürmərtəbəli bina tikiləcək.

Bizimyol.info xəbər verir ki, Xitab24.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi "Günəş-İnşaat" MTK-ya icazə verib. Yeri isə Suraxanı Rayon İcra Hakimiyyətinin ayırdığı bildirilir.

Tikitini işlərinə iyunun 7-də start verilib, iki il ərzində başa çatdırılması nəzərdə tutulur.

"Ana-bala" parkının 1.36609 hektar ərazi tikinti sahəsinə ayrılıb. 1.8 hektarlıq ərazidə isə park salınacaq, bu da qəsəbə sakinlərini qane etmir.

Son illərdə Prezident İlham Əliyevin tapşırığına əsasən, Bakı şəhərində yaşıllaşdırma və park salınması istiqamətində kifayət qədər geniş layihələr həyata keçirilib.

Belə olan halda yerli qurumların yaşıllıq salmaq, vətəndaşların asudə vaxtlarını səmərəli keçirməsi üçün şərait yaratmaq əvəzinə, fərqli addım atması birmənalı qarşılanmır.

Yeni Günəşlidə “Ana-bala” parkının bir hissəsinin tikinti şirkətinə verilməsi ilə bağlı hansı tədbirlər görüləcək?

Yaranan sualla bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib: “Nəzərinizə çatdırırıq ki, Bakı şəhərində torpaq sahəsinin ayrılması yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid deyil. Qeyd etdiyiniz “Ana bala” parkı adlanan ərazidə yeni parkın salınması işlərinə başlanılıb.

Bina tikintisi nəzərdə tutulan ərazi xüsusi mülkiyyətdə olan ərazidir və orada Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura komitəsinin müvafiq icazə sənədi əsasında çoxmərtəbəli yaşayış binasının tikintisinə hazırlıq işləri gedir və bu ərazinin parkın ərazinə heç bir aidyyəti yoxdur. Parkın ərazisi adlanan ərazidə ancaq yeni park salınacaq”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »