Rusiya ona qarşı sanksiyalar tətbiq etmiş dövlətlərlə əməkdaşlığa hazırdır, lakin ona qarşı edilən “çirkinlikləri” unutmağa nə haqqı var, nə də bunu edəcək.
Bizimyol.info xəbər verir ki, bu fikri “Vahid Rusiya” partiyasının sədri, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev partiyanın yeni xalq proqramının hazırlanması üzrə ekspert şurasının iclasında səsləndirib.
“Bəzi dövlətlər bizimlə müəyyən şəkildə münasibətlər qurmaq istəyirlər və biz gələcək münasibətləri formalaşdırarkən ölkəmizə qarşı edilən hər şeyi yadda saxlamalıyıq”, – deyə o bildirib.
“Əlbəttə, biz əməkdaşlığa, o cümlədən konstruktiv əməkdaşlığa hazırıq. Amma ölkəmizə, dövlətimizə və ən əsası vətəndaşlarımıza qarşı edilən xoşagəlməz addımları və çirkinlikləri unutmağa sadəcə haqqımız yoxdur”, – deyə Medvedev vurğulayıb.
Onun sözlərinə görə, “bütün bunlar yaddaşlarda qalmalıdır”.
Bizimyol.info






