Hökumət qurumu tərəfindən dərc olunan araşdırmaya əsasən, Böyük Britaniyada yaşayan hər üç yetkin şəxsdən biri emosional dəstək almaq və ya sosial ünsiyyət qurmaq məqsədilə süni intellektdən (Sİ) istifadə edir.
Bizimyol.info xəbər verir ki, Süni İntellekt Təhlükəsizliyi İnstitutunun (AISI) ilk hesabatında bildirilir ki, hər üç nəfərdən biri gündəlik olaraq dəstək almaq və ya ünsiyyət qurmaq üçün texnologiyalara müraciət edir.
Hesabat iki il ərzində adı açıqlanmayan 30-dan çox qabaqcıl süni intellekt sisteminin imkanlarının sınaqdan keçirilməsinə əsaslanır. Araşdırma kibertəhlükəsizlik, kimya və biologiya da daxil olmaqla təhlükəsizlik baxımından kritik sahələri əhatə edib.
Hökumət nümayəndələri qeyd ediblər ki, AISI-nin apardığı bu iş gələcək planların hazırlanmasında mühüm rol oynayacaq və şirkətlərə süni intellekt sistemləri geniş istifadəyə verilməzdən əvvəl mövcud problemləri aradan qaldırmağa kömək edəcək.
Qadir, Bizimyol.info






