“Bu gün İran və İsrail arasında hərbi müharibə yoxdur. Onlar meydanda döyüşmürlər. Amma informasiya məkanında psixoloji müharibə davam edir. Hər iki ölkə öz imkanlarından istifadə edərək çalışır ki, bir-birinin əleyhinə yazsınlar, danışsınlar. Həmçinin hər ikisi çalışır ki, hərbi qüvvələrini artırsınlar. İsrail yeni sistemlər yaratmağa çalışır ki, İran hücumlarından müdafiə oluna bilsin. İran da çox zərər gördü, amma indi Rusiya və Çindən silahlar almağa çalışır”.
Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında güneyli siyasi şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, İran Çindən bir çox silahlar almaq üçün müzakirələr aparır.
Maşallah Rəzmi“İran hazırda Rusiya və Çinlə dostluğunu möhkəmləndirməyə çalışır. Bununla da öz silahlı qüvvələrini gücləndirməyə cəhd edir. Amma hələ ki, heç nə əldə edə bilməyib. Nə Çin, nə Rusiya silah vermir”-deyə Maşallah Rəzmi bildirib.
Siyasi şərhçi qeyd edib ki, İranla İsrail indi aktiv müharibədə deyil, amma İranın narahatlğı hər gün artır: İran belə düşünür ki, İsrail İrana hücum edə bilər. İranla İsrail arasında olan psixoloji davada İsrail çox güclüdür. İran müharibənin hər an başlayacağından narahatdır”.
Maşallah Rəzminin İran-İsrail müharibəsi ilə bağlı video şərhini rəsmi YouTube kanalımızda izləyə bilərsiniz:
İradə Cəlil, Bizimyol.info






