“Ərəb ölkələri ilə İran münasibətləri İran Yəməndə husiləri himayə etməyəndən sonra gərginləşdi. Yəməndə müharibənin şiddətlənməsi İranın cənubundakı ərəb ölkələrinin özünü təhlükədə hiss etməsinə səbəb oldu. Buna görə də İrana qarşı ciddi müxalif mövqe tutdular. Bu ölkələrin bəzisi “İbrahim anlaşmaları”na qoşuldular və İsraillə müqavilə bağladılar. Həmin ölkələr özlərinə İsraili deyil, İranı görürdülər. Buna görədə hamı ilə həmkarlıq etməyə hazır idilər. Onlar hətta Amerika, Fransa və İngiltərədən də yardım istəməyi düşünürdülər”.
Bu barədə Bizimyol.info xəbər portalına güneyli siyasi şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, iyunayında İsrail və İran arasında olan müharibədə ərəb ölkələrinin bəzisi İsrail qüvvələri ilə əməkdaşlıq edirdilər.
Maşallah Rəzmi“İddialara görə, Səudiyyə Ərabistanı icazə verib ki, İsrail onun torpaqlarından istifadə edərək, İranın bəzi ərazilərini bombardman etsin”-deyə Maşallah Rəzmi bildirib.
Maşallah Rəzmi qeyd edib ki, İsrail HƏMAS-ın rəhbərlərini öldürmək üçün Qətərə hücum etdi və bu İsrailin böyük bir strateji xətası idi, çünki bu xəta ərəb ölkələrinin fikrini dəyişdirdi.
Maşallah Rəzminin ətraflı şərhini rəsmi YouTube kanalımızda izləyə bilərsiniz:
İradə Cəlil, Bizimyol.info






