Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid məzarlarından oğurluqda ittiham olunan yeniyetmələr saxlanılıb: əşyalar şəhid ailələrinə qaytarıldı
Şəhid məzarlarından oğurluqda ittiham olunan yeniyetmələr saxlanılıb: əşyalar şəhid ailələrinə qaytarıldı

Paytaxtın Sabunçu rayonu ərazisində şəhid məzarlarından oğurluq etməkdə ittiham olunan iki nəfər saxlanılıb. Onlardan birinin 16, digərinin isə 17 yaşı var.

Bizimyol.info xəbər verir ki, hadisə noyabrın 18-də Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda baş verib. Şəhidlər Səyavuş Kəlbalıyev və Fəxri Məmmədovun məzarları üzərində olan şəxsi əşyalarının oğurlanması barədə polisə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı Kənan Əsədli və 16 yaşlı Vüqar Quliyev saxlanılıb. Onların məzarların üzərindən oğurladıqları gitara, hərbi çəkmə və hərbi dəbilqə polis əməkdaşları tərəfindən aşkar olunaraq, şəhid ailələlərinə qaytarılıb.

Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsində araşdırma aparılır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »