Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bolqarıstan Fransanın “İstəyənlər koalisiyası”na qoşulmaq təklifini rədd edib
Bolqarıstan Fransanın “İstəyənlər koalisiyası”na qoşulmaq təklifini rədd edib

Bolqarıstanın baş naziri Rumen Radev Fransa Prezidenti Emmanuel Makronun ölkəsini “İstəyənlər koalisiyası”na qoşulmağa şəxsən dəvət etdiyini, lakin bu təklifi qəbul etmədiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Radev Fransanın Milli Bayramı münasibətilə Parisdə keçirilən ənənəvi hərbi parad öncəsi jurnalistlərə bildirib ki, Bolqarıstan Ukraynaya maliyyə və hərbi dəstəyin davam etdirilməsini müdafiə edən koalisiyada iştirak etməyəcək.

“Prezident Makrondan Bolqarıstanın “İstəyənlər koalisiyası”na qoşulması ilə bağlı şəxsən təklif almışam. Lakin biz Ukraynaya maliyyə və hərbi yardımın davam etdirilməsində israr edən koalisiyada iştirak etmirik”, – deyə Radev bildirib.

Onun sözlərinə görə, münaqişənin həlli yolu hərbi vasitələrlə onun uzadılmasında deyil, eskalasiyaya son qoyacaq güclü diplomatik səylərin göstərilməsindədir.

Qeyd edək ki, Radevin açıqlamasını Bolqarıstan Milli Radiosu yayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »