Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Piyada yolu nəzərdə tutulmayan yerdən keçərsə...
Piyada yolu nəzərdə tutulmayan yerdən keçərsə...

Bakı Şəhər DYP İdarəsindən açıqlama

Ötən gün axşam saatlarında sosial mediada Dövlət Bayrağı Meydanı istiqamətində baş verən qəzanın görüntüləri yayılıb.

Bizimyol.info xəbər verir ki, 3 piyada təxminən 200-220 metr yaxınlıqda yeraltı piyada keçidi olmasına baxmayaraq, yolun hərəkət hissəsindən istifadə edib. Motosiklet sürücüsü isə onları vurmamaq üçün dayanmaq istədikdə idarəetməni itirərək yıxılıb və xəsarət alıb. Hadisə zamanı piyadalar xəsarət alan sürücüyə kömək göstərmək əvəzinə hadisə yerini tərk ediblər.

  • Piyadaların yol hərəkəti qaydalarını pozması hansı məsuliyyət yaradır?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib: “Qanunvericiliyin tələblərinə uyğun olaraq, piyadanın yolu piyada keçidindən kənar yerdən keçməsinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən 20 manat məbləğində inzibati cərimə nəzərdə tutulur”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »