Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ İranın Xuzistan əyalətində bir neçə obyektə zərbələr endirib
ABŞ İranın Xuzistan əyalətində bir neçə obyektə zərbələr endirib

İranın cənub-qərbində yerləşən Xuzistan əyalətinin Abadan və Bəndər-Mahşəhr şəhərləri ABŞ-ın endirdiyi zərbələrə məruz qalıb.

Bizimyol.info xəbər verir ki, bu barədə əyalət qubernatorunun müavini Vəliulla Həyati məlumat verib.

Onun sözlərinə görə, bu gün saat 13:25-də düşmənə məxsus ABŞ mərmilərindən biri Abadan şəhərində yerləşən obyektlərdən birinə düşüb.

Həyati bildirib ki, hadisə ilə bağlı ilkin qiymətləndirmə başa çatdıqdan sonra əlavə məlumat ictimaiyyətə açıqlanacaq.

O, həmçinin qeyd edib ki, zərbələr Bəndər-Mahşəhr şəhərinə də endirilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »