Eskalatorda sol tərəfi boş qoymaq üçün sağ tərəfdə dayanmalı və insanların soldan yanınızdan keçməsinə icazə verməlisiniz. Bu, dünyanın bir çox yerində geniş yayılmış bir qaydadır. Lakin yerli qaydalar fərqli ola bilər, buna görə də başqalarının davranışlarını müşahidə etmək ən yaxşısıdır.
Daha sürətli hərəkət edən insanlar üçün yer ayırmaq üçün eskalatorun sağ tərəfində dayanın. Piyadaların keçməsi üçün sol tərəfdən istifadə etməsinə icazə verin.
Eskalatorda sağda dayanmaq, dünyanın bir çox yerində, o cümlədən Böyük Britaniya, ABŞ və Sinqapurda geniş tətbiq olunan mədəni norma və ya eskalator etiketidir. Bu etiket daha sürətli hərəkət edən insanların solda gəzməsinə imkan verir. Lakin bu konvensiya universal deyil. Məsələn; Tokioda solda dayanmaq adətdir. London kimi yerlərdə bu adət erkən eskalator dizaynı və təhlükəsizlik təcrübələrində dərin kök salmışdır.
Eskalator mədəniyyətindən kəəara çıxmamaq üçün başqalarının nə etdiyini müşahidə etmək ən yaxşısıdır, çünki qayda bölgəyə və hətta şəhərə görə dəyişə bilər.
Azərbaycanda da bu etiket var. Məsələn; eskalatorda olarkən xəbərdarlıq məlumatı eşidirsən. “Hərəkət istiqamətinin sağ tərəfində dayanın”… Yəni sol tərəfdən keçən insanlara yol verin. Bu, bir etiket olsa da, təəssüf ki, bəzi insanlar bu etiket qaydalarını sözün əsl mənasında kobud şəkildə pozurlar. Sol tərəfdə dayanan kim, əlindəki iri çantaları eskalatorun pillələrinə qoyub yolu bağlayan kim... Danışanda da deyirlər ki, “hara tələsirsən?”. Sanki deməliyik ki, “tələsirik, bizə yol verin”.
Bəzən düşünürəm ki, bəlkə bu etiketi pozanlar üçün də cərimə tətbiq edilsin. Çünki sözün əsl mənasında, “qılınc müsəlmanıyıq”. Bəlkə gözümüzü cərimə qorxuda, nə bilim...
İradə Cəlil, Bizimyol.info






