Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
IX "Muğam" Televiziya müsabiqəsinin finalında niyə qalmaqal yaşandı? - "Haqsızlıq" iddiası...
IX "Muğam" Televiziya müsabiqəsinin finalında niyə qalmaqal yaşandı? - "Haqsızlıq" iddiası...

IX "Muğam" Televiziya müsabiqəsinin finalında qalmaqal yaşanıb. İştirakçılardan biri - Kənan Novruzov seçimdə haqsızlıq olduğunu deyib və ona verilmiş diplomu qəbul etməyib. Bu haqda axşam.az saytı xəbər yayıb.

Bu haqda jurnalist Günel Musa da öz sosial şəbəkə hesabında tənqidi paylaşım etmişdi. "Birdəfəlik boynumuza alaq, biz bu işi bacarmırıq".

Əslində bu, təkcə muğam müsabiqəsinə aid deyil, başqa sahələrdə seçimlərə də, müsabiqələrə, yarışlara da mütləq nəsə bir haram qatılır. Əlbəttə, hamısına aid deyil. Ancaq bir çox hallarda bu, baş verir.

Bəzi dövlət təşkilatlarının keçirdiyi yazı müsabiqələrində də belə qeyri-obyektiv qiymətləndirmələrdən narazı qalanlar olur. Elə bizim öz təcrübəmizdə keçmiş KİVDF zamanı qərəzli və ya səthi yanaşmalarla rastlaşmışdıq.

Muğam müsabiqəsinə gəlincə, bu, birinci dəfə deyil. Elə ilk müsabiqədə İlkin Əhmədov bütün parametrlərə görə birinci yerə layiq olsa da, qışqırmaqdan başqa bir şey bacarmayan Təyyar Bayramovun qalib elan edilməsi tənqidlərə səbəb olmuşdu. Burada yerliçilik və sair kimi subyektiv yanaşnalar olduğu haqda çox danışılmışdı.

Bu dəfəki müsabiqəyə gəlincə, onun Yazıçılar Birliyinin katibi, yaradıcılığı heç nə ilə yadda qalmayan İlqar Fəhmiyə tapşırılması təəccüb doğurur. Eləcə də, münsiflər heyəti, aparıcılar və iştirakçıların seçimi ilə bağlı da qüsurlar göz deşirdi.

Buna görədir ki, Kənan Novruzov öz etirazını açıq bildirib və öz paylaşımında belə yazıb: "Bütün xalq görsün ki, necə böyük haqsızlıq var muğam sənətində. Susmayaq".

Doğrudan da, bütün xalq gördü...

Seyid Əhmədli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »