Baş nazir Benyamin Netanyahu 24 saat ərzində Ağ Evdə ABŞ prezidenti Donald Trampla ikinci görüşündən sonra açıqlama verib.
Bizimyol.info xəbər verir ki, o, bildirib ki, Ağ Ev rəhbəri ilə söhbətdən sonra vitse-prezident Ceyms Devid Venslə də qısa görüş keçirib.
Netanyahunun sözlərinə görə, danışıqlarda əsas diqqət israilli girovların azad edilməsi olub. Baş nazir vurğulayıb ki, hökumət qarşıya qoyulan bütün məqsədlərə - girovların qaytarılmasına, HƏMAS-ın hərbi və inzibati potensialının məhv edilməsinə, Qəzzadan gələn təhlükənin aradan qaldırılmasına nail olmaqda qərarlıdır.
Hökumət başçısı qeyd edib ki, indiki şəraitdə İsrail üçün yeni diplomatik perspektivlər açılır. O, İbrahim Sazişlərinin genişləndirilməsinin mümkünlüyünü qeyd edib və bu istiqamətdə işlərin tam fədakarlıqla davam etdiyini vurğulayıb.
Qadir, Bizimyol.info






