Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran ABŞ-ı cəzalandıracağını bəyan edib
İran ABŞ-ı cəzalandıracağını bəyan edib

İran hakimiyyəti yaxın günlərdə ABŞ və ona dəstək verən müttəfiqlərinə qarşı əlavə tədbirlərin görüləcəyini açıqlayacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi sədrinin müavini Abbas Moqtədai bildirib.

O, mətbuata müsahibəsində deyib ki, yaxın günlərdə İranın təcavüzkarı və onu dəstəkləyən dövlətləri cəzalandırmağa yönəlmiş yeni siyasət addımları ictimaiyyətə təqdim olunacaq.

“Yaxın günlərdə İran siyasətinin təcavüzkarı və onu dəstəkləyən dövlətləri cəzalandırmağa yönəlmiş əlavə tədbirləri aydın olacaq. Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası düşmənin sonradan peşman olacağı qətiyyətli və əsaslandırılmış qərarların qəbuluna maksimum dəstək verəcək”, – deyə Moqtədai vurğulayıb.

Onun sözlərinə görə, iranlılar artıq ABŞ Prezidenti Donald Trampın verdiyi vədlərə inanmırlar və hesab edirlər ki, Vaşinqton İran rəhbərliyini təhqir etməklə çıxılmaz vəziyyətdə olduğunu nümayiş etdirir.

Xatırladaq ki, bundan əvvəl Donald Tramp İranla əldə olunmuş atəşkəs rejiminin artıq qüvvədə olmadığını və ABŞ-ın Tehranla danışıqları davam etdirmək niyyətində olmadığını bəyan etmişdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »