ABŞ Prezidenti Donald Tramp Ukraynada münaqişənin nizamlanması istiqamətində son həftələr ərzində böyük irəliləyiş əldə edildiyini hesab edir.
Bizimyol.info xəbər verir ki, Tramp bu barədə Türkiyənin paytaxtı Ankarada NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü zamanı bildirib.
ABŞ lideri Ukraynada sülh yolu ilə həll cəhdlərini şərh edərkən bildirib ki, danışıqlar prosesində müəyyən müsbət nəticələr əldə olunub.
“Lakin düşünürəm ki, son bir neçə həftə ərzində böyük irəliləyişə nail olmuşuq və bütün bunların necə inkişaf edəcəyini görəcəyik”, – deyə Donald Tramp bildirib.
Trampın sözlərinə görə, qarşıdakı dövrdə prosesin hansı istiqamətdə gedəcəyi izləniləcək. O, Ukraynada münaqişənin diplomatik yollarla həlli istiqamətində aparılan səylərin davam etdiyini vurğulayıb.
Bizimyol.info






