Hindistanın Qoa əyalətindəki hindu məbədində minlərlə ibadətçinin "od gəzintisi" mərasiminə toplaşdıqları zaman baş verən izdihamda 6 nəfər ölüb.
Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata yerli hakimiyyət orqanları məlumat verib.
Qeyd edilir ki, onların əldə etdiyi məlumata görə, daha 80-ə yaxın insanın yaralandığı, onlardan beşinin vəziyyətinin ağır olduğunu bildirib.
Dindarlar Şirqao kəndindəki məbədə toplaşıblar.
Qeyd edək ki, hər il keçirilən dini ayinlər zamanı yaranan izdihamda onlarla insan həyatını itir.
Bizimyol.info






