Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentin reytinqləri inkişaf üçün resurs kimi
Prezidentin reytinqləri inkişaf üçün resurs kimi

Medianın İnkişafı Agentliyi bu il mayın ikinci yarısında - 10 gün ərzində keçiriyi sorğunun nəticələrini açıqlayıb.

Sorğunun məqsədi 2026-cı ilin birinci yarısında Prezident İlham Əliyevin fəaliyyətinə ölkə vətəndaşlarının münasibətini öyrənmək olub.

Respondentlərin 87.7 faizi Preizentə etimad göstərir. 93,6 faiz dövlət başçısının işini bəyənir və yüksək qiymətləndirir. Prezident seçkiləri növbəti bazar günü keçirilsə, seçicilərin 91,5 faizi öz səsini yenə də İlham Əliyevə vérər.

Bu, demək olar, indiki dövlət başçısının 2024-cü ildə - hələlik sonuncu prezident seçkilərində qazandığı seçici sayı qədərdir.

Onu xatırlatmaq yerinə düşər ki, 2003-cü ildə İlham Əliyev 76,84 faiz səslə ilk Konstitusion müddətə Prezident seçilmişdi. Sonrakın seçkilərdə, yəni 2008-ci il,2013-cü il, 2018-ci il Prezident seçkilərdə yekun rəqəmlər göstərir ki, indiki dövlət başçısı müvafiq olaraq 88,73 faiz, 84,54 faiz, 86,02 faiz kimi səslə hər dəfə yenidən ölkədə ali hakimiyyətinin birinci postuna seçilib.

Seçkilərin yekunlarına görə, Prezident İlham Əliyev ilk dəfə 2003-cü ildəki səsvermədə aldığı səsləri sonrakı dövrlərdə artırmış olsa da, 2008-ci, 2013-cü və 2018-ci il seçkilərində nəticələr əsasən dəyişməyib, 80 faizin üzərində yüksək sabit qalıb. Ancaq 2024-cü il seçkiləri Prezidentin reytinqinin daha da artdığını sübut elədi. Bu da, təbii ki, 2020-ci ildə onun Ali Baş Komandanlığı altında Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin və 2023-cü ildə ölkənin suverenliyinin tam təmin olunması ilə bağlı olub. Medianın İnkişaf Agentliyinin keçirdiyi sorğu da göstərir ki, indiki dövlət başçısı öz siyasi reytinqini qoruyub saxlayır.

Rəyi soruşulanların göstərdiyi etimad da çox yüksək olaraq qalır - 87,7 faiz.

İlk baxışdan burda sanki ziddiyyət var - etimad göstərənlərin və səs verənlərin sayında fərq anlaşılnaz görünə bilər. Ancaq bunu dərindən təhlil edəndə mənzərə aydın olur. Bu da cəmiyyətin Azərbaycan dövlətinin başçısı postuna başqa alternativ görə bilməməsi ilə bağlıdır. Onsuz da etimad göstəricisinin özü də çox yüksəkdir; siyasi legitimliyin göstəricisidir. Ancaq səsvermə bu günlərdə olsa, 91 faizdən çox seçici yenə də İlham Əliyevin namizədliyini dəstəkləyər. Bu da o deməkdir ki, hətta İlham Əliyevin hakimiyyətinə müxalif olanların bir qismi belə indiki prezidentə səs verər. Başqa sözlə, hətta hakimiyyətdən narazı olanların özləri belə (hər halda bir qismi) seçkidə İlham Əliyevə qarşı yarışda keçərli alternativ namizəd görə bilmir.

Ümumiyyətlə, bütün dünyada siyasi proseslərin dinamikası, daxili məntiqi getdikcə dəyişir. Artıq hətta ABŞ kimi ölkədə belə (eləcə də, başqa inkişaf etmiş ölkələrdə hakimiyyətlərin alternativlərə deyil, dacamçılara keçməsi tendensiyası çoxdan hiss olunur.

Bu siyasi metamarfozun əsasında dayanan motiv nədir?!

Bir hökumət, yaxud dövlət rəhbəri ölkə üçün doğru saydığı inkişaf strategiyası seçir, özünün bir, hətta iki konstitusion səlahiyyət müddəti o strategiyanı gerçəkləşdirmək üçün zaman resursu yetərli olmur. Ona görə də iki dəfədən artıq səlahiyyət müddətləri əldə etməyə, yaxud hakimiyyəti öz davamçısına ötürməyə çalışır. Bu, bəlli siyasi və insani refleksdir; alternativ - fərqli yanaşma deməkdir və yeni gələn fərqli siyasi düçərgənin nümayəndələri əvvəlkinin başlatdığı, ancaq vaxt çatışmazlığından sona çatdıra bilmədiyi strateji inkişaf modelini bir kənara qoyub, yeni - başqa kurs götürə bilər. Buna görə də dünyada siyasi hakimiyyətin alternativliliyi ilə yanaşı sabitliyi, hətta varisliyi ənənəsi də formalaşlb. Müəyyən tarixi məqamlarda hakimiyyətin zamanda sabitliyi, bəzi cəmiyyətlərdə varislik (davamçılıq) hətta sosial sifariş olaraq ortaya çıxa bilir. Məsələn, ötən əsrin birinci yarısında ABŞ seçiciləri effektivlik imperativinə yox, qanunilik imperativinə əsaslanaraq Franklin Ruzvelti dəfələrlə (4 dəfə daıbadal!) prezident seçməsəydilər, ölkə Böyük Depressiyadan, İkinci Dünya Müharibəsindən qalib aurıla bilməzdi. Yaxud almanlar Helmut Kolun partiyasını dalbadal iqtidara gətirib, eyni adamı dəfələrlə (16 il) kansler postunda saxlamasaydılar, bəlkə nə Almaniyanın birləşməsi baş tutardı, nə də ölkə iqtisadiyyatı dəfələrlə böyüyə bilərdi. Yaxud Çin hakimiyyətin sabitliyini siyasi varislik üzərində qurmasaydı, bəlkə də indi elə həmin geridə qalmış aqrar ölkə statusunda ilişib qalardı, indiki nəhəng elm, sənaye, texnologiya dövlətinə çevrilib qlobal rəqabət müstəvisində ABŞ-ı belə sıxışdıran ikinci supergücə çevrilə bilməzdi.

Çox misallar gətirmək olar. Demək istədiyim budur ki, hakimiyyətdə varislik müəyyən məqamda ölkədə hərtərəfli sabitliyon əsas qarantı ola bilir. Dövlət rəhbərinin təbii yolla əldə edilmiş çox yüksək siyasi reytinqi ölkədə qaçılmaz olan hətta ən radikal islahatların belə siyasi təminatıdır. Hökumət cəmiyyətinin tam əksəriyyətinin etimadını qazanmış, siyasi legitimliyi çox yüksək olan dövlət rəhbərinin siyasi dəstəyinə söykənərək ölkə iqtisadiyyatını, başqa etibar edilmiş sahələri sürətlə inkişaf etdirə bilər. Cəmiyyətin belə bir dəstəyinin qarşılığında ölkədə iqtisadi artımın dayanması, hətta resessiya ehtimalı anlaşılmazdır; deməli, hökumət, xüsusilə, iqtisadi blok bu faktordan lazımınca yararlanmayıb. Azərbaycan Prezidentinə bugünkü yüksək siyasi etimad, ictimai etibar gözlənilən yüksək rifahı təmin etmək istəyən hökumət üçün çox böyük, əvəzsiz resursdur. Bu resursdan necə istifadə olunur, ya olunacaq? Bu, artıq başqa mövzudur.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info
Son xəbərlər
Bütün xəbərlər »