Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ursula fon der Lyayen Ankarada keçiriləcək NATO sammitində iştirak edəcək
Ursula fon der Lyayen Ankarada keçiriləcək NATO sammitində iştirak edəcək

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen iyulun 7–8-də Ankarada keçiriləcək NATO sammitində iştirak edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Brüsseldə keçirdiyi brifinqdə Avropa Komissiyasının baş mətbuat katibi Paula Pinyo məlumat verib.

“Çərşənbə axşamı Avropa Komissiyasının prezidenti Türkiyənin paytaxtı Ankarada keçiriləcək NATO sammitində iştirak edəcək. O, həmçinin sammit çərçivəsində təşkil olunacaq hərbi sənaye forumunda çıxış edəcək”, - deyə o bildirib.

Sammitin əsas mövzusunun NATO-ya üzv Avropa ölkələrinin müdafiə xərclərinin artırılması olacağı bildirilir. Brüsseldə hesab edilir ki, bu prosesdə Avropa Komissiyası mühüm rol oynayacaq. Qurumun Avropa İttifaqının hərbiləşdirilməsi istiqamətində siyasəti dəstəkləməsi və İttifaqın büdcəsini bu məqsədlərə uyğunlaşdırması nəzərdə tutulur.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »