Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Polisi Günü: Təhlükəsizliyin keşiyində olanlar
Azərbaycan Polisi Günü: Təhlükəsizliyin keşiyində olanlar

Azərbaycan polisi ölkədə qanunun aliliyinin qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və vətəndaşların hüquqlarının müdafiəsində mühüm rol oynayır.

Son illərdə polis əməkdaşları yalnız cinayətkarlıqla mübarizədə deyil, həm də fövqəladə vəziyyətlərdə, kütləvi tədbirlərin təhlükəsizliyinin təmin olunmasında və dövlətin milli maraqlarının qorunmasında fəal iştirak ediblər.

  • Bu gün polis günüdür…

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan polisi ölkəmizdə asayişi, əmin-amanlığı və təhlükəsizliyi təmin edən ən mühüm dövlət qurumlarından biridir. Ancaq Azərbaycan polisinin funksiyası təkcə klassik mənada polis fəaliyyəti ilə məhdudlaşmır.

"Azərbaycan polisinin bu gün ictimai rəydəki obrazı torpaqlarımızın işğaldan azad edilməsində iştirak edən, qələbəmizin qazanılmasında canını və qanını Vətən üçün fəda edən qəhrəman obrazıdır. Bu gün Azərbaycan xalqının gözündə Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizə aparan, ölkəmizə tiryək müharibəsi elan etmiş narkotik alverçilərinə və narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı qətiyyətlə mübarizə aparan bir qəhrəmandır. Ona görə də düşünürəm ki, sözün əsl mənasında bu gün Azərbaycan polisi Azərbaycan vətəndaşının, Azərbaycan dövlətinin və Azərbaycan xalqının keşiyində dayanır".

Deputat vurğulayıb ki, Azərbaycan polisinin bu obrazı, eyni zamanda, dövlət atributlarını öz uniformasında daşıyan polisin dövlət adından Azərbaycan vətəndaşına xidmət etməsinin ifadəsidir və dövlətlə vətəndaş arasında etimad körpüsü yaradan mühüm vasitə kimi qiymətləndirilə bilər.

"Bu gün biz hara gediriksə gedək, əmin-amanlıqla gedirik, rahat hərəkət edirik. Sutkanın istənilən vaxtında Azərbaycanın istənilən yerində azad və sərbəst hərəkət edə bilirik. Məncə, bu, çox mühüm nailiyyətdir. Xaricdən gələn qonaqlar və turistlər də bu məsələni olduqca yüksək qiymətləndirirlər. Onlar Azərbaycandakı sabitliyi, cinayətkarlığın aşağı səviyyədə olmasını və küçələrdə sərbəst hərəkət imkanını yüksək dəyərləndirirlər. Bu gün onların bayramıdır. Mən ürəkdən şanlı Azərbaycan polisini təbrik edir, onlara daha böyük uğurlar arzulayıram", – deyə deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »