Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistanda yeməkdən çıxan ölü ilan 100-dən çox şagirdi zəhərləyib
Hindistanda yeməkdən çıxan ölü ilan 100-dən çox şagirdi zəhərləyib

Hindistanın şərqindəki Bihar əyalətində 100-dən çox uşağın məktəb naharında ölü ilan tapılmasından sonra xəstələndiyi bildirilir. Hadisə ilə bağlı Hindistan Milli İnsan Haqları Komissiyası (NHRC) tərəfindən araşdırmalara başlanılıb.

Bizimyol.info xəbər verir ki, NHRC-nin verdiyi məlumata görə, hadisə Bihar əyalətinin Mokama şəhərində baş verib. Təxminən 500 şagirdə verilən pulsuz naharda ölü ilan tapıldığı bildirilib, lakin məktəb aşpazı ilanı yeməkdən çıxarıb və yeməkləri paylamağa davam edib.

Yeməkdən sonra bir çox şagirdlərin zəhərləndiyi və yerli əhalinin buna reaksiya verərək yolu nəqliyyata bağladığı bildirilib.

Komissiyanın bəyanatında deyilir: “Əgər iddialar doğrudursa, bu, tələbələrin insan hüquqlarının ciddi şəkildə pozulduğunu göstərir”. Bildirilib ki, iki həftə ərzində dövlət orqanlarından uşaqların sağlamlıq vəziyyəti ilə bağlı ətraflı hesabat tələb olunub.

Yoxsul ailələrin uşaqları üçün pulsuz məktəb yemək proqramı ilk dəfə 1925-ci ildə Hindistanın cənubundakı Çennay şəhərində həyata keçirilib. Ölkə ərazisində geniş şəkildə tətbiq edilən bu sistemin məqsədi uşaqların aclığa qarşı mübarizəsinə dəstək olmaq və məktəbə davamiyyəti artırmaq idi.

Lakin əvvəllər ərzaq təhlükəsizliyi ilə bağlı ciddi problemlər yaranıb. 2013-cü ildə Bihar ştatında 23 uşaq məktəbli naharından zəhərlənərək ölüb və hadisədə yüksək miqdarda pestisidlər aşkar edildi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »